Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanıldı

  • 2020.11.27 18:35
  • 1206 Baxış
Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində iki nəfər rayon sakini H.Rzayev və F.Muradova koronavirusa yoluxmaqlarına baxmayaraq, yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldıqları müvafiq ünvanlara aparılıb.

Ağcabədi RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.