Abid Şərifovun sağlıq durumu

  • 2026.09.29 19:04
  • 102 Baxış
Abid Şərifovun sağlıq durumu


Abid Şərifovun səhhətində problem yaranıb.

Medicina.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu baş nazirin sabiq müavini Abid Şərifov deyib.

O deyib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:

"Hazırda evdəyəm, heç yerə getmirəm, gedə də bilmirəm. Açığı, gəzə bilmirəm. Sağlamlığımla bağlı ancaq evdə oluram".

86 yaşlı A.Şərifov ötən il insult keçirmişdi. Bir müddət müalicə aldıqdan sonra onun səhhətində müəyyən irəliləyişlər olmuşdu.

medicina.az