Qanda şəkər yüksəlir, dərmanın dozası artırılır, insulin vurulur, amma nəticə gözlənilən kimi olmur.
Bəs problem yalnız şəkərin yüksək olmasındadırmı?
Medicina.az xəbər verir ki, dabet müalicəsində pasiyentin təkcə
qanda şəkərin göstəricisinə fokuslanması və digər mümkün amillərin nəzərdən qaçırılması müalicə prosesinin effektivliyinə təsir göstərə, hətta ömür boyu insulindən asılılıq yarada bilər.
İnteqrativ Tibb mütəxəssisləri
şəkərli diabetin idarə olunmasında yalnız qanda şəkərin rəqəmlərinə deyil, insulin müqaviməti və metabolik sağlamlığa təsir göstərə biləcək digər amillərə də diqqət yetirilməsinin vacibliyini vurğulayırlar.
İnteqrativ yanaşmada
insulin müqavimətinin qiymətləndirilməsi zamanı xroniki iltihabi proseslər, bağırsaq sağlamlığı, vitamin və mineral çatışmazlıqları, stress, yuxu və qidalanma kimi faktorların da nəzərə alınması təklif olunur.
Yəni eyni şəkər göstəricisinin arxasında fərqli səbəblər dayana bilər. Bu səbəblərdən biri müəyyən edilmədikdə, yalnız simptomu nəzarətdə saxlamaq kifayət etmir.
İnteqrativ tibbi yanaşmada pasiyentin vəziyyətinin daha geniş şəkildə araşdırılması, insulin müqavimətinə və metabolik vəziyyətə təsir edə biləcək amillərin müəyyənləşdirilməsi və müalicənin fərdi şəkildə planlaşdırılması əsas götürülür.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzindən verilən məlumata görə, 18 ildən artıqdır ki, diabetlə müraciət edən minlərlə pasiyentin vəziyyəti bu yanaşma çərçivəsində araşdırılıb, müsbət nəticələr əldə olunub.
Diabet xəstələrinin müalicə prosesində tez-tez yol verdiyi 5 əsas səhv və inteqrativ yanaşma barədə mütəxəssisimizin ətraflı video-izahını bu linkə daxil olaraq izləyə bilərsiniz.