Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin edildi - Təqdimat

  • 28 Apr 2022 14:52
  • 313 Baxış
Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin edildi   - Təqdimat

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub.

Medicina.az xəbər verir ki, Vüqar Qurbanov bu gün yeni direktoru kollektivə təqdim edib.


Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov İradə Axundovanın səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun inkişafında müstəsna rol oynayacağına inandığını bildirib.

O, mövcud neqativ halların qısa zamanda aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.



Məlumat üçün qeyd edək ki, ixtisasca pulmonoloq olan İ.Axundova tibb üzrə fəlsəfə doktorudur. O, F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini çalışıb.


Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun elmi katibi kimi fəaliyyət göstərib.

İ.Axundova 200-dən çox elmi məqalənin müəllifidir.