Ağciyər Xəstəlikləri İnstitutunda tavan xəstələrin başına uçdu - AÇIQLAMA

  • 2021.10.28 16:30
  • 1117 Baxış
Ağciyər Xəstəlikləri İnstitutunda tavan  xəstələrin başına uçdu - AÇIQLAMA
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tavanın uçması və xəsarət alanların olması barədə yayılan məlumat doğru deyil.

Medicia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq İnstitutdan bildirilib.

"Sadəcə yağışla əlaqədar palatanın tavanında kiçik su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb" - məlumatda qeyd olunub.


***
16:19

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tavan uçub.

Medicina.az xəbər verir, hadisə qadınların yerləşdirildiyi palatada baş verib. Belə ki, tavan uçaraq qadın xəstələrin üzərinə tökülüb.

Həmin xəstələr digər palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.