Ağciyərlərinizi ödənişsiz müayinə etdirin - Noyabr aksiyası

  • 2021.11.16 14:22
  • 2128 Baxış
Ağciyərlərinizi ödənişsiz müayinə etdirin -  Noyabr aksiyası
Bilirdinizmi hər il ağ ciyər xərçəngindən 1,3 milyon insan dünyasını dəyişir?

Bəs bu xəstəlikdən yüksək ölüm göstəricisinin səbəbi nədir? Çünki, ağ ciyər xərçəngi erkən mərhələlərdə gizli gedir, əlamətləri üzə çıxdığı zaman artıq çox inkişaf etmiş və yayılmış olur.

-Ona görə, 50 yaşdan yuxarı, siqaret çəkən insanlar arasında risk yüksək olduğundan, vaxtaşırı müayinə olunmalıdırlar.

Bunları nəzərə alaraq, Bioloji təbabət klinikası da bu il ödənişsiz həkim müayinə və müalicəsi aksiyası ilə ağ ciyər xərçəngi ilə mübarizəyə qoşuldu. Noyabr ayının sonunadək ağ ciyər xərçəngi ilə müraciət edənlər üçün onkoloqun (mənim) müayinə və müalicəsi ödənişsiz olacaq.

--Bəs ağ ciyər xərçənginin əlaməti nədir, bu susqun qatili necə tanımaq olar?

-İnsanın ağ ciyər xərçəngi olmasına şübhə yaradan əlamətlər bunlardır:
-Öskürəyi olan, xüsusilə siqaret çəkən adamın arabir olan öskürəklərinin artması
-Təngnəfəslik, hava çatışmazlığı əlamətlərinin buna qoşulması
-Bəlğəmdə qan görünməsi
- Döş qəfəsində ən çox kürəyə yayılan deşici ağrıların olması
-Səsin dəyişməsi
-Xırıltılı tənəffüs
-Yorğunluq
-Tez tez tənəffüs yolları infeksiyası ilə xəstələnmə
-Səbəbsiz arıqlama

Hər hansı əlamət varsa və ya artmış risk altında olanlar, aksiya müddətində Bioloji təbabət klinikasında müayinə keçə bilərsiniz. Unutmayın,ağ ciyər xərçəngi də erkən aşkarlanarsa uğurla müalicə olunur. İrəli mərhələlərdə olan xəstələri də müasir müalicə üsulları və yeni dərman preparatlarının tətbiqi ilə müalicə etmək mümkündür.

İrəli mərhələlərdə, müalicəsi klassik üsullarla mümkün olmayan,kimyaterapiyası dayandırılan xəstələrin #omeloterapiya və s kimi bioloji müalicə üsulları ilə xərçəng ağrılarını və digər xərçəngə bağlı ortaya çıxan narahatçılıqlarì aradan qaldıraraq həyat keyfiyyətini yüksəltmək,ömrünü uzatmaq mümkündür.


Ətraflı məlumat üçün:
-(012)430 89 89
-(050,055,070) 430 89 89