Ağdaşda toyda on nəfər zəhərlənib

  • 2019.08.26 16:56
  • 3013 Baxış
Ağdaşda toyda on nəfər zəhərlənib
Ağdaşda kütləvi zəhərlənmə olub. Medicina.az APA-ya istinadən məlumat verir ki, hadisə ötən gün rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb. Mərasimdə iştirak edənlər – 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyev, 23 yaşlı Ramil Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Faktla bağlı araşdırma aparılır.