Ağır koronavirus xəstələrinə kömək edəcək vasitə - Həkim açıqladı

  • 2020.12.25 16:40
  • 2902 Baxış
Ağır koronavirus xəstələrinə kömək edəcək vasitə  - Həkim açıqladı


Həkim teleaparıcı Aleksandr Myasnikov ağır koronavirus xəstələrinin müalicəsində interferon-qammanın istifadəsi barədə məlumat verib.

Medicina.az xəbər verir ki, orqanizmdə bu interferonun çatışmaması infeksiyanın ağırlaşmasına səbəb olur.

“ Artıq bir çox elmi tədqiqatlar göstərib ki, tənəffüs yollarına yerli olaraq interferon qamma yeridilməsi effektiv təsir edir.

Bu digər pnevmoniya xəstələrində də tətbiq edilə bilər. İndi bizim xəstəxanada interferon qammanın burun damcısı formasında tətbiqinin effektivliyi araşdırılır. Artıq interferonlar əminliklə koronavirus xəstələrinə verilə bilər”.