Ağızda dəmir dadı xərçəngdən ola bilər

  • 2023.03.07 14:08
  • 3316 Baxış
Ağızda dəmir dadı xərçəngdən  ola bilər
Diş gigienası üzrə mütəxəssis həkim Olqa Komova qeyd etdi ki, bəzən ağızda dəmir dadı olması xərçəng əlaməti ola bilmə ehtimalını irəli sürdü.


“Medicina” xəbər verir ki, ən çox ağızda metalın dadını diş və diş əti, ağız boşluğunda problemləri olan insanlar hiss edirlər.

Həkim bildirib ki, ağızda metal hissi bir çox səbəblərdən gələ bilər. Amma ilk səbəbi ağız boşluğu gigienasının zəif olması ilə əlaqədardır.

Digər səbəblərdən isə mədə-bağırsaq traktının xəstəlikləri, KBB xəstəlikləri (qulaq, boğaz və ya buruna təsir edən), dəmir və sink vitaminləri qəbul etmə də mümkündü.

Həkim Komova qeyd edib ki, bəzən ağızda dəmir dadı xərçəng xəstəliyinin əlamətidir - ona görə də, əgər dişlərdə hər hansı bir qüsur olmadıqda, müayinə üçün mütləq həkimlərə müraciət etməlisiniz.

Günay Quliyeva