Ağızdan kəskin qoxu böyrəklərdə problemdən xəbər verir

  • 2022.10.11 14:31
  • 1110 Baxış
Ağızdan kəskin qoxu böyrəklərdə problemdən  xəbər verir

Pis qoxulu nəfəs, ağızda metallik və ya dərman dadı böyrəklərdə bir neçə problemin olduğunu göstərir.


"Medicina" xəbər verir ki, uroloq Ruslan Həsənov böyrəklərin fərli simptomlarından danışıb.

"Çox zaman deyirlər ki, ağızdan kəskin qoxu gigiyena, bakteriya, mədədən ola bilər. Amma əgər gigiyenaya əməl olunursa, dişlər təmizlənirsə, amma yenə də kəskin qoxu ilə yanaşı, qəribə dad da gəlirsə,

bu dolayısı ilə böyrəklərdə problem olduğunu göstərə bilər.
Bu halda sidik turşusu orqanizmdə çox toplanır, böyrəklər onu tam çıxara bilmir.

Sidik turşusunun çoxluğu tənəffüs, dada təsir edir.


Əgər böyrəklərdə problem varsa, deməli bədəniniz sürətlə vacib mineralları da itirir.

Bu zaman qanda kalsium və s. miqdarı artır.
Eləcə də analizdə kreatin qalxır.

Ağızdan pis qoxu bu böyrək xəstəliklərində ola bilər: polikistoz, piolenefrit, qlomerulonefrit, kistlər".

Aygün Musayeva