Ağızla nəfəs alan uşaqlarda çox qısa müddətdə üz forması dəyişir.
Medicina.az xəbər verir ki, bunu lor, üz estetik cərrahı Qəhrəman Qəhrəmanov deyib.
Həkimin sözlərinə görə, ağızla nəfəs almaq sadəcə vərdiş deyil, fəlakətə aparan yoldur:
"Ağız işləyir, burun "susur", üz formasını dəyişir. Çənə daralır, dişlər sıxılır və üz uzanır. Beyin az oksigen alır. Uşağın davranışı dəyişir, aqresivləşir və tam başqa insana çevrilir. Burunla az nəfəs alan uşaqların çoxu bu vəziyyətdədir".
Cərrah bununla bağlı valideynlərə məsləhət də verib:
"Burun daim açıq olmalıdır. Tutulma varsa, dərhal həkimə müraciət edin. Bundan başqa, uşağınıza burun təmizləmə üsulunu öyrədin. Burunla nəfəs almağı bərpa edin. Çünki bu, həm üz, həm də sağlamlığı qoruyur".
Aygün
Medicina.az