Ağrılı aybaşı normal sayılmamalıdır – Həkimdən xəbərdarlıq

  • 2026.08.10 17:35
  • 130 Baxış
Ağrılı aybaşı normal sayılmamalıdır – Həkimdən xəbərdarlıq

Ginekoloq Dr. Laure Einaudi güclü aybaşı ağrıları ilə bağlı qadınlara xəbərdarlıq edib. O bildirib ki, menstruasiya zamanı ağrı gündəlik həyata mane olursa, bunu adi hal kimi qəbul etmək olmaz.

Medicina.az xəbər verir ki, bu barədə ”Doctisssimo” nəşri yazıb.

Bildirilib ki, qadın yataqdan qalxa bilmirsə, işə və ya dərsə gedə bilmirsə, ürəkbulanma yaşayırsa və ağrıkəsicilər təsir etmirsə, bu, daha ciddi problemlərin əlaməti ola bilər.

Belə hallar bəzi qadınlarda endometrioz və ya adenomioz kimi ginekoloji xəstəliklərlə əlaqəli ola bilər. Bu xəstəliklərdə uşaqlığın daxili qatına bənzər toxuma normal olmayan yerlərdə inkişaf edir və güclü ağrılara səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu problemlərin diaqnozu çox vaxt gec qoyulur. Səbəblərdən biri isə qadınların uzun müddət ağrını "normal aybaşı əlaməti" kimi qəbul etməsidir.

Həkimlər bildirirlər ki, güclü və həyat keyfiyyətini aşağı salan aybaşı ağrıları zamanı ginekoloqa müraciət etmək vacibdir. Vaxtında müayinə səbəbi müəyyən etməyə və uyğun müalicə seçməyə kömək edə bilər.

Xanım, Medicina.az