Ağstafada uşaqlarına işgəncə verən ata saxlanıldı - FOTO

  • 2025.12.17 20:58
  • 181 Baxış
Ağstafada uşaqlarına işgəncə verən ata saxlanıldı -  FOTO

Ağstafada 3 azyaşlı övladını döyən və işgəncə verən ata saxlanılıb.

Bu barədə Medicina.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib. Qurumdan qeyd edilib ki, övladlarını döyən və işgəncələr verən ata Oruc Əliyev polis əməkdaşları tərəfindən tutulub.

Məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

Ağstafada azyaşlılar atası tərəfindən döyülüb.

Məlumata görə, rayonun Yeni gün kəndində baş verib. Belə ki kənd sakinləri olan azyaşlı uşaqların anası Günel Bayramova iddia edir ki, onun həyat yoldaşı, kənd sakini 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını incidirmiş. Sonuncu davadan sonra ata evinə gedən Günel Bayramova Oruc Əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib.

Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb,işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da bildiriblər.Azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər. Ağstafa rayon Xəstəxanasından isə bildirilib ki,müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.

Qeyd edək ki, uşaqlardan ikisi oğlan biri qızdır. Bu qadının da, kişinin də ikinci ailə həyatıdır. Onların nikahları yoxdur. Qadının birinci ailə həyatından iki övladı da var ki, onlar da qadının anasının himayəsindədir. Sözügedən azyaşlılar isə aidiyyatı qurumların əməkdaşları ilə bilrikdə ekspertizaya cəlb ediliblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib ki,məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Ağstafada uşaqlarına işgəncə verən ata saxlanıldı -  FOTO
Ağstafada uşaqlarına işgəncə verən ata saxlanıldı -  FOTO