Ajda Pekkan əməliyyat olundu

  • 2024.02.02 11:18
  • 1066 Baxış
Ajda Pekkan  əməliyyat olundu
Superstar Ajda Pekkan əməliyyat olunub.

Medicina.az xəbər verir ki, enerjisi, üslubu və mahnıları ilə tez-tez adından söz etdirən Ajda Pekkan yaydan bəri çiyinlərində ağrılar yaşayır.

77 yaşlı müğənni 3 gün əvvəl İstanbulda özəl xəstəxanada əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan sənətçi 3 həftə fiziki müalicə kursu keçəcək. Daha əvvəl ombasını sındıran Pekkanın çiynində əzələ yırtığı olub. Sənətçi eyni çiynindən daha bir əməliyyat keçirib.

Evində dincələn Pekkanın səhhətinin ilə bağlı hələlik açıqlama verməyib.