Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

  • 2026.05.08 07:48
  • 273 Baxış
Akif İslamzadə infarkt keçirdi -  Xəstəxanadadır

Xalq artisti Akif İslamzadə xəstəxanaya yerləşdirilib.

Medicina.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Ayxan İslamzadə məlumat verib. O, atasının infarkt keçirdiyini və xəstəxanaya yerləşdirildiyini bildirib.

"Hazırda atam xəstəxanaya yerləşdirilib. İnfarkt keçirtdiyini düşünürük, amma hələ ki, ilkin nəticəni söyləmək üçün tezdir. Həkimlərin rəyini gözləyirik, səhər daha dəqiq məlumat veriləcək", - deyə Ayxan İslamzadə qeyd edib.