Akif İslamzadənin son durumu

  • 2026.05.14 12:42
  • 102 Baxış
Akif İslamzadənin son durumu

Akif İslamzadə müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə APA-ya müğənninin özü məlumat verib.

"Dünən evə buraxılmışam, özümü yaxşı hiss edirəm", - Akif İslamzadə bildirib.

Qeyd edək ki, o, bir neçə gün öncə səhhətində yaranan problemlər səbəbilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.