Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev əməliyyat olunub.
"Medicina" xəbər verir ki, Dilarə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Vüsala anevrizma diaqnozu qoyulub:
"Anevrizma da elə bir diaqnozdur ki, onu mütləq əməliyyata alırlar. Vüsal ötən gün əməliyyat olunub. Hazırda reanimasiyadadır və bir neçə gün orada olması gözlənilir. Əməliyyatdan sonrakı dönəm də əməliyyatın özü qədər önəmlidir. Çünki bu müddətdə həkimlərdən asılı olmayan səbəblərdən orqanizm özünü başqa cür də apara bilər. Dua edək ki, hər şey yaxşı olacaq".