Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alça yığarkən yıxılıb öldü

  • 2025.05.12 09:42
  • 160 Baxış
Alça yığarkən yıxılıb  öldü

Göyçayda ağacdan alça yığan şəxs yıxılararaq həyatını itirib.

Medicina.az xəbər verir ki, hadisə mayın 11-də Göyçay rayonu, Bığır kənd qeydə alınıb.

Belə ki, kənd sakini 22.06.1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb və almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.