Aparılan eksperimentlərdən biri göstərdi ki, səkkiz həftə ərzində bitki mənşəli məhsullarla qidalanan astma xəstələrinin əksəriyyətinin dərmanlara ehtiyacı qalmır, simptomlar isə daha zəif ifadə olunurdu. Bir il davam edən başqa bir təcrübə göstərdi ki, bitki mənşəli qida udulan havanın həcmini və ağciyərin digər vacib göstəricilərini artırmağa kömək edir.
Bitki qidalarının tərkibində iltihabı azaltmağa kömək edən çoxlu lif və antioksidanlar var. Lakin süd məhsulları və doymuş yağlarla zəngin məhsullar isə təhlükəli ola bilər, belə ki, onlar iltihabın səviyyəsini yüksəldirlər və bununla da xəstənin vəziyyətini ağırlaşdırırlar.