Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər dərmansız koronavirusdan xilas olmağın yollarını açıqlayır

  • 2020.03.31 11:46
  • 36471 Baxış
Alimlər dərmansız koronavirusdan xilas olmağın yollarını açıqlayır

Avstraliya alimləri güclü immuniteti olan insanların orqanizminin koronavirus infeksiyası ilə mübarizə apara bilmə qabiliyyətinin olduğunu müəyyən ediblər.

Bu barədə tibb üzrə ixtisaslaşmış "Nature Medicine" jurnalı məlumat verib.


Həkimlər bu nəticəyə patoloji xəstəlik və pis vərdişləri olmayan 47 yaşlı Wuhan sakini qadın üzərində müşahidədən sonra gəliblər.

Avstraliyaya gəldikdən sonra qadın koronavirus əlamətləri - halsızlıq, nəfəs darlığı, quru öskürək və yüksək temperaturla xəstəxanaya yerləşdirilib.

Xəstəxanada həkimlərin Çinli qadına antibiotik və ya dərman preparatları təyin etmədiyi qeyd olunur. Orqanizmin su balansını qorumaq üçün ona venadaxili ilə maye yeridilir.

Nəticədə xəstə 2 həftədən sonra koronavirusdan tam sağalır.

Qadının qan analizində adi qriplə mübarizə zamanı səciyyəvi olan immun sistemi hüceyrələrində artım müşahidə olunub.

"Tədqiqatımız göstərir ki, COVID-19 yeni növ virus olsa da, sağalmış insanların müalicəsində qriplə mübarizə zamanı müşahidə olunan bənzər stabil bir immun reaksiya görürük" tədqiqatın müəlliflərindən biri Ketrin Kedzirska belə deyir.

ÜST –ün Martın 30-a olan məlumatına görə, 199 ölkədə və muxtar respublikalarda 723,3 mindən çox insan koronavirusdan əziyyət çəkir. Təxminən 34 min xəstə xəstəlik nəticəsində dünyasını dəyişib.

Moldovada isə ümumiyyətlə fövqəladə vəziyyət rejimi tətbiq olunub və "qırmızı kod" qüvvədədir.