Alimlər insultu göz damarlarına baxıb təyin edəcək

  • 2022.10.07 14:39
  • 1463 Baxış
Alimlər insultu göz damarlarına baxıb  təyin edəcək


Alimlər insultu aylar öncə göz damarları və göz daxili təzyiqdə baş verən dəyişikliklərlə proqnoz etməyi öyrənib.

"Medicina" xəbər verir ki, belə yanaşma qan analizi və beyin müayinəsi tələb etmir.

Norfolko Universitetinin alimləri görmə qişasının damar torunu vizualizə etməklə süni intelektin köməyilə dəqiqliklə ürək-beyin damar tutulması və qan dövranı pozulmasını öncədən təyin edə biləcək.

Xəstədən müəyyən qan analizləri götürmək və mütəmadi təzyiqini ölçməyə də ehiyac qalmayacaq.
Alimlər QUARTZ adlı süni intelektin köməyilə xüsusi alqoritm yaradıblar.
Onlar 40-60 yaş arası 88 min pasiyentin görmə qişasını təhlil ediblər.

Gözdə damarların sahəsi, eni, uzunu, qan keçiriciliyi, genişlənməsi və gözdaxili təzyiq nəzərə alınıb.
Müqayisələr 7411 pasiyentdə insultun ola biləcəyini proqnoz edib.

Metod mikrodamar problemlərini daha dəqiqliklə göstərir, nəinki ürək tutması.

Bu üsulla çox ucuz şəkildə əhalini insulta görə skrininq etmək olar. Bununla da bir çox xəstələrin həyatı xilas edilər.

Aygün Musayeva