Alimlər koronavirusdan “ölüm kalkulyatoru” icad etdilər

  • 2020.05.11 17:12
  • 1569 Baxış
Alimlər koronavirusdan “ölüm kalkulyatoru” icad etdilər

Polşa alimləri koronavirusa yoluxduqdan sonra ölüm ehtimalını proqnozlaşdırmaq üçün kalkulyator proqram hazırlayıblar.

Medicina.az xəbər verir ki, bu barədə Pomorskiy Elmi-Texnoloji parkın sədri Maqdolena Malara məlumat verib.

O qeyd edib ki, proqram xəstənin yaşı, cinsi, eləcə də onun xroniki xəstəliklərinin 4 əsas cəhətini nəzərə alaraq, koronavirusdan ölüm riskinin nə qədər olmasını hesablayır.

“Koronavirusdan ölüm xəstənin çəkisindən, həyat tərzindən, diabet, təzyiq, autoimmun xəstəliklərinin olmasından asılıdır. Son statistika göstərir ki, heç bir xroniki xəstəliyi olmayan xəstələrin ölüm faizi 1%-i aşmır”.

Kalkulyatorun testi göstərib ki, 30 yaşında heç bir xroniki xəstəliyi olmayan kişinin koronadan ölümü 0, 03 %, qadının isə 0, 02%-dir. 70-80 yaşında diabet və onkoloji xəstənin isə virusdan ölüm faizi 25,8 faizdir”.