Müğənni Alla Puqaçova iki ürək əməliyyatı keçirib.
Medicina.az xəbər verir ki, məlumata görə, 76 yaşlı sənətçi altı ay əvvəl Avropada xəstəxanalardan birinə yerləşdirilib.
Mash xəbər verir ki, əməliyyatdan sonra müğənni artıq ağır iş yükünə dözə bilmir. O, nəfəs darlığı və sinə ağrısından əziyyət çəkir.
Səhhətinin pisləşmə riski səbəbindən Puqaçova artıq adi qaydada çıxış edə bilmir. Kanal qeyd edir ki, həkimlər ona sağlamlığına diqqət yetirməyi və təqaüdə çıxmağı tövsiyə ediblər.
müğənni artıq Taylandda iki milyon dollar təklif edilən konsertdən, eləcə də 500.000 dollarlıq özəl tədbirdən imtina edib.
Mash xatırladır ki, Puqaçovanın ürək problemləri illər əvvəl başlayıb. Məlumdur ki, müğənniyə 2006, 2008 və 2010-cu illərdə qan axınını bərpa etmək üçün ürək stenti qoyulub.
Puqaçova hələlik onun hazırkı vəziyyəti ilə bağlı şərh verməyib. Onun nümayəndəsi Yelena Çuprakova RİA Novosti agentliyinə bildirib ki, müğənninin əməliyyatı və ya təqaüdə çıxması barədə heç bir məlumatı yoxdur.
Aygün Musayeva