Allerqoloq-immunoloqlar, yaz allergiyasından əziyyət çəkən insanların koronavirusa yoluxma riskinin olduğunu bildiriblər.
Allergik xəstələr bir qayda olaraq risk qrupuna daxil deyillər.
"Ancaq bilirik ki, tənəffüs yollarının xroniki allergik iltihabı xəstənin selikli qişasını viruslara qarşı daha həssas edir ” -immunoloq Bella Braghvadze belə deyir.
Mixail Kostinovun fikrincə isə allergik insanlar, xüsusən otlara qarşı həssas olan, qızdırma müşaiyət olunan xəstələrdə selikli maneənin zədələnməsi baş verir. Burun və gözlər qızarır, xəstə daim asqırır, lakrimasiya edir. Bu zaman da əmələ gələn "yara" da virusların yayılması daha asan olur.
Ayrıca, allergik insanların xəstəliyi daha şiddətli keçirdiyi məlumdur. İnfeksiya allergiyanın gedişatını, allergiya da tənəffüs yoluxmasının gedişatını pisləşdirir.
Həkimlər bildirir ki, yaz allergiyası, ən çox uşaqlar və orta yaşlı insanlarda müşahidə olunur, maksimum 50 ilədək davam edə bilir.

Digər allergik xəstəliklər, əksinə, yaşla əlaqədar olaraq tədricən yox olur.