Alma sirkəsinin zərəri barədə həkimdən xəbərdarlıq

  • 2025.10.15 16:18
  • 161 Baxış
Alma sirkəsinin zərəri barədə həkimdən    xəbərdarlıq

Alma sirkəsi ümumiliikdə orqanizmə müsbət təsir göstərsə də, bəzi insanlar üçün təhlükəlidir.


“Medicina” xəbər verir ki, endokrinoloq Zuhra Pavlova xəbərdarlıq edib.


Həkim xatırladıb ki, alma sirkəsinin (hər hansı sirkə kimi) tərkibində çoxlu turşu var. Buna görə də mədə-bağırsaq problemləri zamanı onun istifadəsi təhlükəli ola bilər.


"Bu məhsul, ümumiyyətlə, həzm və mədə-bağırsaq problemləri olan insanlara ciddizərər verə bilər”.

Pavlova həmçinin qeyd edib ki, alma sirkəsi böyrək və ya qaraciyər problemi olanlar tərəfindən istehlak edilməməlidir.

Mütəxəssis əlavə edib ki, səhərlər alma sirkəsi ilə içməli su ilə qarışdırmaq olmaz. Bu içkilər mədə, qida borusu selikli qişasına zərərlidir və bədənin turşu mühitini pozur.


Aygün Musayeva