Almaniya tək istifadəli elektron siqaretləri qadağan edən qanun layihəsi üçün hazırlıqlara başlayıb. Ətraf Mühit, İqlim, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi naziri Karsten Şnayder bu il Federal Parlamentə təqdim ediləcək qanun layihəsinin yanğın riski ilə əsaslandırıldığını bildirib.
Medicina.az xəbər verir ki, Karsten Şnayder tək istifadəli elektron siqaretləri qadağan edən qanun layihəsi üçün hazırlıqların aparıldığını açıqlayıb.
Leypsiqdə əyalət ətraf mühit nazirləri ilə görüşdən sonra danışan Şnayder bu il Federal Parlamentə tək istifadəli elektron siqaretləri qadağan edən qanun layihəsinin təqdim ediləcəyini bildirib.
Şnayder qanun layihəsinin Almaniyada tək istifadəli elektron siqaretlərin satışını qadağan edəcəyini bildirib və qadağanın səbəbi kimi bu cihazların yaratdığı yanğın riskini göstərib.
Şnayder istifadəçilərin tez-tez tək istifadəli elektron siqaretləri məişət tullantıları və ya təkrar emal torbaları ilə birlikdə atdıqlarını və bu da tullantıların atılması müəssisələrində yanğınlara səbəb olduğunu deyib.
O qeyd edib ki, bu vəziyyət işçilərin və əmlakın təhlükəsizliyini təhdid edir və Almaniyanın təkrar emal infrastrukturuna zərər verir.
Doldurula bilən elektron siqaret cihazlarının qadağaya daxil edilməyəcəyi bildirilib.
Sənaye məlumatlarına görə, Almaniyada qanuni elektron siqaret bazarı 2025-ci ildə təxminən 2,4 milyard avro dövriyyəyə çatıb.
Aygün
Medicina.az