Almaniyada koronavirusa rekord yoluxma

  • 2021.11.11 14:29
  • 1169 Baxış
Almaniyada koronavirusa rekord yoluxma

Almaniyada son sutkada koronavirusa 39 676 nəfər yoluxub. Bu, ölkədə bütün pandemiya dövründə maksimum göstəricidir.

Bundan əvvəlki antirekord noyabrın 5-də qeydə alınıb, o zaman gün ərzində 37 120 yoluxma halı aşkar edilib.

Epidemiya başlayandan indiyədək Almaniya Federativ Respublikasında 4 844 054 nəfərdə koronavirus qeydə alınıb.

Koronavirusun yaratdığı xəstəliyin nəticələrindən ölkədə bir gündə 236 xəstə ölüb. Almaniyada pandemiyanın bütün dövründə ölənlərin ümumi sayı 96 963 nəfərə çatıb.
Almaniyada koronavirusa rekord yoluxma