Almaniyada koronavirusa yoluxanların sayı 100 mini ötdü

  • 2020.04.06 10:16
  • 855 Baxış
Almaniyada koronavirusa yoluxanların sayı 100 mini ötdü
Almaniyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 100 123-ə çatıb.

Bu barədə Almaniyanın Robert Kox İnstitutu açıqlama yayıb.

Son 24 saat ərzində ölkədə 3677 yeni yoluxma faktı aşkar edilib, 92 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1584-ə çatıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,274,346-a çatıb.