Almaniyada mağaza və ticarət mərkəzləri açıldı

  • 2020.05.07 14:28
  • 1551 Baxış
Almaniyada mağaza və ticarət mərkəzləri açıldı

Almaniya hökuməti nümayəndələrinin regional rəsmilərlə keçirdiyi onlayn videokonfrans zamanı sahəsindən asılı olmayaraq mağazaların açılması barədə razılıq əldə olunub.


Hökumətin verdiyi qərar tezliklə Almaniya Kansleri Angela Merkel tərəfindən rəsmən açıqlanacaq.

Qeyd edək ki, Almaniyada pandemiya ilə əlaqədar sahəsi 800 kvadrat metrə qədər olan mağazaların işləməsinə icazə verilirdi.