Alzheimerlə mübarizədə YENİLİK

  • 2025.12.27 14:43
  • 66 Baxış
Alzheimerlə mübarizədə  YENİLİK

Amerikalı alimlər artıq inkişaf etmiş Alzheimer xəstəliyi zamanı belə beynin fəaliyyətini bərpa etməyə qadir olan P7C3-A20 adlı yeni preparat hazırlayıblar.

Medicina.az xəbər verir ki, araşdırmalar zamanı müəyyən edilib ki, Alzheimer xəstəliyi zamanı hüceyrələrin enerji əldə etməsi üçün həyati əhəmiyyət daşıyan NAD⁺ maddəsinin səviyyəsi kəskin azalır. Bu isə neyronların zəifləməsinə, iltihab proseslərinin güclənməsinə, həmçinin xəstəliyin əsas səbəbləri sayılan amiloid və tau zülallarının yığılmasına gətirib çıxarır.

Yeni preparat P7C3-A20 hüceyrələrdə NAD⁺ səviyyəsini normal fizioloji həddə saxlamağa kömək edir. Laboratoriya şəraitində siçanlar üzərində aparılan sınaqlar göstərib ki, preparatın tətbiqindən sonra heyvanlarda idrak (kognitiv) funksiyalar bərpa olunub.

Alimlərin sözlərinə görə, dərman hələlik doklinik sınaqlar mərhələsini gözləyir. Uğurlu nəticələr əldə olunarsa, bu preparat Alzheimer xəstəliyinin müalicəsində illərdir davam edən çıxılmaz vəziyyəti dəyişə bilər.