AMEA-nın şöbə müdiri vəfat etdi

  • 2022.09.23 09:22
  • 2195 Baxış
AMEA-nın şöbə müdiri vəfat etdi
AMEA-nın Fizika İnstitutunun şöbə müdiri, fizika üzrə elmlər doktoru Məzahir Alcanov vəfat edib.



Medicina.az xəbər verir ki, şöbə müdiri 72 yaşında dünyasını dəyişib.



Qeyd edək ki, M.Alcanov 1950-ci ilin iyulun 6-da Şamaxı rayonunun Calov kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 121 elmi əsəri çapdan çıxıb, onlardan 71-i xaricdə, 50-si isə beynəlxalq bazada referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunub. Aşağıölçülü laylı və xətti kristalların və maqnit yarımkeçiricilərin iştilik tutumu və faza keçidlərinin xüsusiyyətlərinin, atomlararası qarşılıqlı təsirin nəticəsində güclü anizotropiya müşahidə olunan fiziki hadisələrin xarakter və xüsusiyyətlərinin aşkar edilməsi istiqamətində elmi nailiyyətləri olub. 1971-1973-cü illərdə Kürdəmir orta məktəbində fizika müəllimi kimi çalışıb.



Allah rəhmət eləsin!