Amerikada süni uşaqlıqda körpə yetişdiriləcək - Ata-ana telefonla izləyəcək

  • 2022.12.13 16:18
  • 1989 Baxış
Amerikada süni uşaqlıqda körpə yetişdiriləcək  - Ata-ana telefonla izləyəcək


Amerikada elmi mərkəzdə süni uşaqlıq orqanında körpə yetişdirmək konsepti hazırlanıb.

Bakupost.az xəbər verir ki, mərkəzdə eyni zamanda 1000 belə uşaqlıqda döl saxlanılacaq.

Uşağın sifarişçiləri bioloji ata-anası olacaq.

Onlar xüsusi mobil tətbiqlə istədikləri vaxt daxil olub, uşağın vəziyyətini və gedişatı izləyə biləcək.

Süni uşaqlıq cihazları ilə ildə 30 min uşaq yetişdirmək mümkün olacaq.