Delaney Raptis və anasının yığdığı məhsullar dünyanı təəccübləndirib.
Medicina.az xəbər verir ki, ABŞ-ın Virciniya ştatından olan ana-bala 2021-ci ildə qarpızları əsas xüsusiyyətlərini qoruyarkən necə kiçik etmək barədə düşünməyə başladı.
Qadınlar kimyəvi mutasiya metodundan (GMO olmayan) istifadə etdilər və indi qarpızlarını qürurla nümayiş etdirirlər. Meyvələr şirin dadı, qırmızı və narıncı ətini saxlayır və olduqca möhkəmdir. Lakin onların çəkisi 80-200 qramdır və bəziləri toyuq yumurtasından böyük deyil.
Təbii ki, bu qarpızların toxumları o qədər kiçikdir ki, meyvəni onlarla birlikdə təhlükəsiz şəkildə yeyə bilərsiniz. Lakin, bir çox insanın maraqlandığı bir sual hələ də cavabsız qalır: mini qarpızların qabığı yeməli, yoxsa soyulmalıdır?
Aygün Musayeva