Ana doğuş zamanı öldü, körpəsi sağ qaldı – “Yeni Klinika”da

  • 2025.11.14 12:19
  • 65 Baxış
Ana doğuş zamanı öldü, körpəsi sağ qaldı –  “Yeni Klinika”da

"Yeni Klinika”da doğuş zamanı ana ölümü baş verib.

Medicina.az Milli.Az xəbər verir ki, paytaxt sakini Nərmin Əliyeva doğuş zamanı vəfat edib, körpə isə sağ qalıb.

Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir.

Məlumata görə, bu, Nərmin Əliyevanın ikinci hamiləliyi olub. Onun 5 yaşında bir övladı var və doğuşdan öncə səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.

Faktla bağlı araşdırma aparılır.