Ana qızını xilas etmək üçün böyrəyini verdi – Bakıda uğurlu əməliyyat

  • 2019.01.18 12:26
  • 6841 Baxış
Ana qızını xilas etmək üçün böyrəyini verdi  – Bakıda uğurlu əməliyyat
 

 


Azərbaycanda növbəti uğurlu böyrəkköçürmə əməliyyatı keçirilib.


 Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən medicina.az-a verilən məlumata görə, əməliyyat 28 yaşlı qadın pasiyent üzərində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.


Xəstənin donoru olan anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub. Ancaq buna baxmayaraq, cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurlu keçib.



Xəstə və donor tamamilə yaxşı vəziyyətdə evə yazılıblar.