Analizlər təmiz çıxırsa, xəstə niyə özünü pis hiss edir?

  • 2022.09.10 14:56
  • 2252 Baxış
Analizlər təmiz çıxırsa, xəstə niyə özünü pis hiss edir?
İl ərzində 10-20 həkimdə olub, konkret xəstəlik və diaqnozunu tapa bilməyən xəstə ordusunun dərdi nədir?


Medicina.az xəbər verir ki, bu adamlar dəqiq orqanik xəstəlik tapılmırsa, mütləq gecikmədən psixiatr və psixoterapevtə müraciət etməlidirlər.

Psixoterapevtlər bildirir ki, bədəndə çox narahatlıqlar nevrotik olur və gərginlikdən baş verir.

Çox zaman digər həkimlər də xəstənin axtarışlarına son verib, birbaşa psixiatra yönəltmir, hər həkim öz sahəsinə uyğun az-çox hansısa problemi tapıb onu müalicə etməyə çalışır.

Bir çox xroniki həqiqi xəstəliklər də xroniki yorğunluqdan, sinir sisteminin gərginliyindən, mütəmadi stress vəziyyətindən yaranır.

Əgər vaxtında tədbir görülməsə, psixosomatika dərinləşir, ön plana ürək xəstəliyi, mədə-bağırsaq xorası, zob və s. çıxır.

Əgər pasiyentə diqqətlə qulaq asılsa onun simpatik, parasimpatik, vegetativ sinir sisteminin pozulmasını aydın görmək olur.

Təşvişli nevroz insana bədəni, orqanizmi ilə bağlı xoçagəlməz nəsə dedikdə, diaqnoz tapdıqda o daha da çıxılmaz quyuya düşdüyünü hiss edir və daha da aqressivləşir.

Xəstənin emosional durumu düzəlməyənə qədər, bədəndəki əlamətlər azalmayacaq.

Ona görə istənilən xəstəlik – istər ürək, mədə, oynaqlar, ağrıların müalicəsi ilə yanaşı psixoterapevtik seanslar da aparılmalı, xəstənin sinir sistemi qaydaya salınmalıdır.

Aygün Musayeva