60 yaşlı Kristofer Filips 2023-cü ildə anasının ölümünü rəsmən gizlədərək, onun cəsədini böyük dondurucuda saxlayıb. Bütün bu müddət ərzində o, anasının pensiyasından istifadə edərək bank hesabından istifadə edib.
Medicina.az xəbər verir ki, Portkavl şəhərinin sakini bu ilin fevral ayında anası ilə birlikdə yaşadığı evə polis çağırıldıqdan sonra həbs edilib.
Ailə həkimi polislə əlaqə saxlayaraq, bu ilin mart ayında 90 yaşı tamam olacaq xanım Filipsdən 2 ildir xəbər ala bilməməsindən narahatlığını bildirib. Polisin evdə apardığı axtarış zamanı onun cəsədi soyuducuda tapılıb.
Filips məhkəmədə ifadə verib və yaşlı anasının ləyaqətli və qanuni dəfn mərasiminə mane olmaqda, onun hesablarına daxil olmaq və pensiyasını mənimsəməklə bağlı iki dələduzluq ittihamı ilə günahkar olduğunu etiraf edib.
Təqaüdçünün ölüm səbəbi barədə məlumat verilməyib. Məhkəmədə cinayət araşdırmalarının davam etdiyi bildirilib.
Bank hesabatları Kristofer Filipsin anasının ölümündən sonra onun hesabından pul çıxarmağa davam etdiyini və faktiki olaraq bu hesabla yaşadığını təsdiqləyir.
O, iyun ayında hökm çıxarılana qədər həbsdə saxlanılıb.
Aygün Musayeva