Anatoli Karpov komaya düşdü

  • 2022.10.31 18:50
  • 1730 Baxış
Anatoli Karpov komaya düşdü

Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd olunur ki, 71 yaşlı şahmatçı oktyabrın 29-da Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Travmaları ağır olduğundan Karpov süni komaya salınıb.

Rusiya Şahmat Federasiyası qrosmeysterə hücum edilməsi səbəbindən travma alması xəbərini təkzib edib.