Ancaq bu yolla ayaqda qala bilərəm - Əməkdar artist

  • 2022.09.06 16:05
  • 1458 Baxış
Ancaq bu yolla ayaqda qala bilərəm   - Əməkdar artist


"Kimyaterapiyalarım davam edir. Həkimlər deyir ki, ancaq bu yolla məni ayaqda saxlaya bilərlər".



Medicina xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa hər həftə xəstəxanaya yollandığını söyləyib:

"Artıq bu həyat tərzim olub. Hər həftə gedir, kimyaterapiyanı alıram. Təsir edib, etmədiyini isə bilmirik. Bir neçə həftədən sonra müayinədən keçəcəm, onda bilinəcək. Həkimlər deyir ki, əməliyyat olmaz. Şişlərin əməliyyatla götürülməsi mümkün deyil. Orqanizmim buna tap gətirə bilməz".

T.Əliyeva yeni mövsümdə serialla tamaşaçı qarşısına çıxacağını deyib:

"Serialın adı sirr qalsın, tamaşaçılara sürpriz olsun. Amma yeni serialdır. Bir də "Söhbət var" layihəsində olacam. Başqa təklif almıram. Heç bir filmdən mənə dəvət gəlmir".

Aygün M