Uşaqlarda ani hərarətin yüksəlməsi anaları hər zaman təşvişə salır.
Medicina.az xəbər verir ki, pediatr Taliyə Əliyeva uşaqlarda hərarət zamanı edilən səhvləri açıqlayıb.
Onun sözlərinə görə, hərarət 38.5-i keçməsə dərman verilməməlidir:
"Dərman verildikdən sonra təkrar müayinə 1 saatdan sonra olmalıdır. Dərman içlik vərəqəsində yazılana görə deyil, uşağın çəkisinə uyğun verilməlidir. Məsələn çəkisi 10 kq-dırsa, parasetamol tərkibli siropun miqdarı 5 ml olmalıdır. Yəni çəkisinin yarısı qədər. Bu zaman çay, yemək qaşığından deyil, şprisdən istifadə edilməlidir. Dərman düzgün dozada verilməlidir. Çünki az dozada verilsə təsir etməyəcək, çox dozada verilsə hərarət normadan aşağı enəcək".
Aygün
Medicina.az