Antidepressantlar infarkta səbəb ola bilər

  • 2022.09.29 18:39
  • 3234 Baxış
Antidepressantlar infarkta səbəb ola bilər

Antidepressantlardan asılılıq və uzun müdfət qəbul ürək xəstəliklərinə meyilliyi artırır.


"Medicina" xəbər verir ki, bu nəticəyə Bristol universitetinin alimləri gəlib.

Elmi araşdırma sübut edib ki, uzun müddət antidepressant qəbul etmək ürək xəstəliyi və hətta infarkta, ölümə gətirib çıxara bilər.
Bu müddət 3 ildən 7 ilə qədərdir.

Statistika göstərib ki, bu müddətdən sonra ürək xəstəliyi və bundan ölüm riski 2 dəfə artır.

Britaniyada hər 6 nəfərdən biri antidepressant qəbul edir.

Antidepressantlar depressiya və psixoloji problemlərin müalicəsində istifadə olunur.

Buna baxmayaraq alimlər bu nəticədən qorxub dərmandan imtina etməməyə çağırıb.

Aygün Musayeva