Antubakterial sabunla əl yumaq zərərli imiş

  • 2026.03.18 18:28
  • 60 Baxış
Antubakterial sabunla əl yumaq zərərli imiş

Bəzi valideynlər arasında ultra-gigiyenaya meyl uşaqların sağlamlığı üçün ağır nəticələrə səbəb ola bilər. Onların ürək-damar xəstəlikləri və nəticədə erkən ölüm riski xeyli artır.


Medicina.az xəbər verir ki, Şimal-Qərb Universitetinin alimləri bu nəticəyə gəliblər.

Sabundan gələn bu "zərərin" səbəbi nə ola bilər?

Alimlər hesab edirlər ki, antibakterial sabunun həddindən artıq istifadəsi ürək-damar xəstəliklərinin xəbərçisi olan C-reaktiv zülal səviyyəsinin sonradan (zamanla) artmasına səbəb olur. Bu, iltihabın yaratdığı toxuma zədələnməsinin əsas göstəricilərindən biridir. Uşağın evi nə qədər təmiz olarsa, yetkinlik dövründə iltihabi proseslərin inkişaf riski bir o qədər yüksəkdir.

Uşaqların bədəni güclənmək üçün mikroblarla təmasda olmalıdır. Əsrlər boyu bəşəriyyət, yumşaq desək, gigiyenik olmayan bir şəkildə yaşayıb. Sterillik yalnız bu yaxınlarda adi hala çevrilib və bədənimiz hələ yeni reallığa uyğunlaşmayıb.

Professor Tomas MakDeydin rəhbərlik etdiyi bir qrup tədqiqatçı 22 illik müddət ərzində üç min filippinli ailə haqqında məlumatları təhlil etdi. Daha sonra bu məlumat Amerika ailələrinin tibbi qeydləri ilə müqayisə edildi. Məlum oldu ki, filippinlilər ürək problemlərindən xeyli az əziyyət çəkir və daha uzun yaşayırlar.

Bu, uşaqların ABŞ-dakı kimi steril şəraitə məruz qalmamasına və filippinlilərin gənc nəslinin daha tez-tez yoluxucu xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq baş verir.

Aygün Musayeva