Appendisiti tutduğunu düşündü – Gözlənilmədən uşaq doğdu

  • 2026.04.16 21:38
  • 195 Baxış
Appendisiti tutduğunu düşündü  – Gözlənilmədən uşaq doğdu


Appendisit tutması olduğunu düşünən qadın gözlənilmədən uşaq dünyaya gətirdi.

Medicina.az xəbər verir ki, Britaniyada Keti Braun adlı gənc qadın gecənin bir yarısı şiddətli qarın ağrısı ilə oyandı və anası qızının appendisitin tutmasından şübhələndi.


Təcili yardım uzaq olduğu üçünh 4 saata gəldi, bu zaman artıq qadının ambulansa minməyə gücü belə yox idi. Lakin maşında hamını şoka salan hadisə baş verdi. Keti uşaq dünyaya gətirdi. Yeni ananın özü də baş verənlərə tam hazır deyildi.


İndi Keti "sirli hamiləlik" kimi dəhşətli hadisədən danışanda hələ də iddia edir ki, hamilə olmasından xəbərsiz idi. Hətta onun bədən quruluşu belə dəyişməmişdi. Keti zarafatla körpənin bətnində yəqin düz dayandığını deyir.


Aygün Musayeva