"Aptekdə maska tapılmayanda, özünüz evdə hazırlaya bilərsiz" - TƏBİB SƏDRİ

  • 2020.05.09 17:55
  • 1203 Baxış
"Aptekdə maska tapılmayanda, özünüz evdə hazırlaya bilərsiz"  - TƏBİB SƏDRİ

"Maskalardan kütləvi istifadə tələbatın artmasına səbəb ola bilər".

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Bizə verilən məlumata görə kifayət qədər maska ehtiyatı var. Amma bu heç birimizə bəhanə kimi əsas vermir. Özümüz evlərdə parçalardan maskalar hazırlaya bilərik. Bununla bağlı təşviqat materialları yayımlanır. İctimai nəqliyyatda da maskalardan istifadə və dezinfeksiya halları vacibdir.

Ramin Bayramlı bildirib ki, imtahan günlərində valideynlərin imtahan keçiriləcək müəssisələrinin qarşısında toplaşmaması lazımdır.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində ilk günlərdən Ümümdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir:

"İki dəfə Azərbaycan höküməti yardım üçün maliyyə ayırıb. Buna görə də ölkə rəhbərinə təşəkkür edirik".