“Gənclər nəinki siqaret, həm də apteklərdən narkotik maddə alıb çəkir”.
Medicina.az xəbər verir ki, bunu deputat Eldar İbrahimov Mibu gün keçirilən müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Nəzarət eləmək olmur. Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ, bu qanunun yerinə yetirilməsi üçün mexanizm olsun”, - deyə millət vəkili qeyd edib.
Komitə sədri Musa Quliyev bildirib ki, tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında qanunlar var:
“Bunlar kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, təəssüf ki, onun işləməsi haqqında o sözləri deyə bilmirik.
Qanun qəbul olunandan xeyli vaxt sonra, xüsusilə tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunumuz demək olar ki, işləmir. Qanunun işləməsinə nəzarət edilən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Təəssüf ki, bizim hətta məktəblərin lap yaxınlığında da siqarət köşkləri qoyulub, siqarətlər satılır, hətta ədəd-ədəd, dənə-dənə satılır”.
Medicina.az