Arbidol kovidin müalicə sxemindən çıxarıldı – Təsir etmir

  • 2021.09.23 15:33
  • 2160 Baxış
Arbidol kovidin müalicə sxemindən çıxarıldı  – Təsir etmir

Rusiya Səhiyyə Nazirliyi kovidin müalicəsi üçün yeni metodik tövsiyələrini açıqlayıb.

Medicina.az xəbər verir ki, umifenovir – Arbidol müalicə sxemindən çıxarılıb, həm ambulator, həm də stasionarda pasiyentlərin kovid müalicəsində Arbidol tətbiq olunmur.

Yüngül gedişatlı xəstələrə Budesonid preparatı daxil edilib.

Orta ağır xəstələr üçünsə yanus-kinaz ingibitorları tövsiyə edilib.