Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arif Babayevin son durumu açıqlandı

  • 2025.07.28 11:17
  • 227 Baxış
Arif Babayevin son durumu  açıqlandı

Xalq artisti Arif Babayevin vəziyyətində hələ də heç bir dəyişiklik yoxdur.

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev “Qafqazinfo”ya bildirib ki, xanəndənin vəziyyəti ağırdır.

“Bu gün saat 10:00-a olan məlumata əsasən, xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”, - baş həkim qeyd edib.