Arif Quliyevin xanımının səhhəti pisləşdi

  • 2022.10.15 17:04
  • 2394 Baxış
Arif Quliyevin xanımının səhhəti pisləşdi

"Atamsız çətindir. Təsəlli gəlib məzarını qucaqlamaq olur. Evin tək qızı olmuşam, heç nədər korluq çəkməmişəm. Atam hər zaman dağ kimi arxamda oldu. Çox söz vermişdi, yarımçıq qaldı".

"Medicina" xəbər verir ki, bu sözləri mərhum Arif Quliyevin qızı Günel "7 canlı" proqramında deyib.

"Cavan qardaşım dünyasını dəyişib, onun dərdi... Ondan sonra atam pis oldu. Birlikdə onun qəbirüstünə gedirdik, otururduq. Atamın vəfat etdiyini deyəndə inanmadım. Gedib onun cəsədini morqda görənə kimi inanmırdım. O, asan öləcək biri deyildi. Atam tək böyümüşdü, inanmırdıq ki, o, dünyasını dəyişsin".

Daha sonra aktyorun qızı proqrama zəng edərək anasının səhhətinin pis olduğunu deyib:

"Xəstəxanaya apardıq, baxdılar, müalicə yazdılar. İndi evdədir. Anamın vəziyyəti çox pisdir. Qaraciyərində problem var".