Arıların insanlara hücumları artıb

  • 2025.12.02 14:56
  • 62 Baxış
Arıların insanlara hücumları artıb


Rusiyanın mərkəzi və cənub bölgələrinin sakinləri payızın sonu üçün xarakterik olmayan şəkildə arıların artan aktivliyindən şikayətlənirlər.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, “aqressiv” həşəratlar insanları boynundan, əllərindən və üzündən sancır. Bu sancmalar bəzilərində allergiya yaradır.

Arılar adətən oktyabrın sonu – noyabrın əvvəlində yuxuya gedir. Lakin bu mövsüm isti payız səbəbindən onların instinkti pozulub. Aqressiv həşəratlar hava şəraitinin dəyişməsi və qida çatışmazlığı səbəbindən stress yaşayırlar. Qida toplayan işçi fərdlərin çoxu artıq məhv olub.

Bundan əvvəl biz 2025-ci ilin yayında arıların kütləvi şəkildə artması barədə xəbərlər də yayılmışdı. Onların ölkə üzrə sayının son 9–11 ildə ilk dəfə pik həddə çatdığı müşahidə olunur.

Medicina.az