Arıqlama iynələri ilə bağlı yeni yan təsir müəyyən edildi

  • 2026.07.28 16:28
  • 283 Baxış
Arıqlama iynələri ilə bağlı yeni  yan təsir müəyyən edildi

Arıqlama və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid preparatlarla bağlı yeni araşdırmanın nəticələri açıqlanıb.

Medicina.az xəbər verir ki, tədqiqatın nəticələri "British Medical Journal" jurnalında dərc olunub.

12 mindən çox pasiyentin iştirak etdiyi tədqiqata əsasən, bu preparatlardan istifadə edən şəxslərdə saç tökülməsi riski digər diabet dərmanlarını qəbul edənlərlə müqayisədə daha yüksək olub.

Alimlər bildiriblər ki, müşahidə olunan saç tökülməsi əsasən müvəqqəti xarakter daşıyır və sonradan yenidən saç çıxması mümkündür. Bununla yanaşı, bu yan təsirin nadir hallarda rast gəlindiyi vurğulanıb.

Xanım,
Medicina.az